Suriyada prezident seçkiləri keçiriləcək

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Suriyada prezident seçkiləri keçiriləcək

Ölkə parlamenti Suriyada gələn ay prezident seçkisi keçiriləcəyini bildirib. Bunun Prezident Bəşər Əsədin hakimiyyəti əlində saxlaması üçün bir addım olduğu düşünülür.

Əsədin davam edən qarşıdurmalara və böyüməkdə olan iqtisadi böhrana baxmayaraq ciddi müqavimətlə qarşılaşacağı gözlənilmir.

10 illik müharibədən sonra Suriya hökuməti ölkədəki əhalinin ən çox məskunlaşdığı mərkəzlərin əksəriyyətinə nəzarət edir.

Bu müddət ərzində, təxminən 400.000 insan öldürülüb və suriyalıların yarısından çoxu evlərini tərk etib.

Yeddi illik müddətə seçiləcək prezident üçün seçkilər May 26- da baş tutacaq. Seçkilərə namizədlər Bazar ertəsindən etibarən qeydiyyatdan keçə biləcəklər, xaricdəki Suriyalılar isə Mayın 20-də səfirliklərdə səs verə biləcəklər.

Qeyd edək ki, bu, vətəndaş müharibəsi dövründə baş verən ikinci prezident seçkisidir. 2014-cü ildəki səsvermədə Bəşər Əsəd 92 faiz səs çoxluğu ilə qalib gəlməsi Suriyadakı müxaliflər və ABŞ və AB tərəfindən qeyri-demokratik və qeyri-qanuni nəticə kimi rədd edilmişdi.

Bununla bərabər, 2014-cü il səsverməsi onilliklər ərzində Əsəd ailəsindən başqa birinin Suriyada prezident seçilməsinə icazə verildiyi ilk seçki idi. Ancaq digər iki namizəd yaxşı tanımırdı və zəif təbliğ olunurdu.

Mənbə: BBC

Tərcümə etdi: © Aygün Səfərova

Xəbərlər:

Xüsusi məlumat

Aid olduğu ölkə

Suriya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1909
Baxılıb: 15
Əlavə edilib:
Redaktə edilib: 18-04-2021
Bitmə tarixi: 18-04-2022
Kateqoriyalar: Siyasət