Türkiyədə hava nəqliyyatında sərnişin axını bu il 51%-dək artacaq

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Türkiyədə hava nəqliyyatında sərnişin axını bu il 51%-dək artacaq

2021-ci ilin sonuna qədər Türkiyənin hava nəqliyyatında sərnişin axını 2020-ci illə müqayisədə 50,7% artaraq 123 mln. nəfər çatacağı proqnozlaşdırılır.

"APA-Economics"in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Dövlət Hava Limanları Baş İdarəsinin (DHMİ) hesabatında deyilir.

Qeyd olunur ki, Türkiyənin hava limanları 2020-ci ildə ümumilikdə 81 657 070 sərnişinə xidmət göstərib. Bu il ölkənin hava limanlarında sərnişin sayında artımın 50,7% – 123 026 132 nəfərədək, 2022-ci ildə isə 178 761 572 nəfər olacağı proqnozlaşdırılır.

Həmçinin, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin yüzilliyində ölkənin hava limanlarından 203 679 026 nəfərin istifadə edəcəyi gözlənilir ki, bu da 2020-ci ilə nisbətən 149,4% çoxdur.

Sərnişin axınının ən çox artımı beynəlxalq uçuşlarda gözlənilir. Ötən il beynəlxalq marşrutlarda sərnişin axını 31 986 025 nəfər təşkil edirdisə, bu il bu rəqəmin 80,6% və ya 57 769 244 nəfərədək artacağı proqnozlaşdırılır.

Daxili reyslərdə 2020-ci ildə 49 621 174 nəfərə xidmət göstərilib ki, bu göstəricinin cari ildə 30,7% və ya 64 876 221 nəfərədək artacağı gözlənilir.

Ötən il Türkiyənin hava limanları tərəfindən 1 057 247 reyslərə (birbaşa və tranzit uçuşlar) xidmət göstərilib. Bu il reyslərin – 1 359 194, 2022-ci ildə – 1 716 947, 2023-cü ildə isə 1 982 480-dək artacağı gözlənilir.

Daxili uçuşların sayı bu il 12,3% artaraq 646 403-ə, beynəlxalq uçuşların isə 65% artaraq 280 571-dən 463 003-ə çatacağı proqnozlaşdırılır.

Xəbərlər:

Aid olduğu ölkə

Türkiyə, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1218
Baxılıb: 23
Əlavə edilib:
Redaktə edilib: 06-03-2021
Bitmə tarixi: 06-03-2022
Kateqoriyalar: İnfrastruktur