Bu sevinci ürəklərimizdə hiss etdik - Ərdoğan

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Bu sevinci ürəklərimizdə hiss etdik - Ərdoğan

30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qucaqlaşmasının sevincini ürəklərimizdə hiss etdik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunun iştirakçılarına ünvanladığı məktubda deyilir.

R.T.Ərdoğan bildirib ki, türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanın itkisini yaşadıq.

Prezident 44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər - hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi.

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Xüsusi məlumat

Xəbər ünvanı (URL) news.milli.az/politics/923929.html
Xəbər mənbəyi (URL) az.trend.az/

Aid olduğu ölkə

Türkiyə, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 613
Baxılıb: 6
Əlavə edilib:
Redaktə edilib: 19-02-2021
Bitmə tarixi: 19-02-2022
Kateqoriyalar: Siyasət