Pandemiya nə vaxt sona çatacaq?

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Pandemiya nə vaxt sona çatacaq?

Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Komitəsinin üzvü Dos. Dr. Afşin Emre Kayıpmazın sözlərinə görə, pandemiyanın bitəcəyi tarixi proqnozlaşdırmaq çətindir. O bildirib ki, vaksinasiyanın təsiri ilə yay aylarından həyat tədricən normal vəziyyətə qayıdacaq.

Sonxeber.az Türkiyə xəbər verir ki, türkiyəli həkim pandemiyadan xilas yollarını açıqlayıb. O bildirib ki, əgər əhali qoyulan tədbirlərə əməl edərsə, vaksin vurdurarsa, yay ayları hazırkı vəziyyətlə müqayisədə daha rahat keçəcək:

"Pandemiyanın nə zaman bitəcəyini demək çətindir. Bütün bunlar fevral və mart aylarında əhalinin nə qədər məsuliyyətli olmasından asılı olacaq. Peyvəndin təsirini hiss etmək üçün əhalinin böyük hissəsi peyvənd vurdurmalıdır.

Peyvəndin ikinci dozası vurulduqdan bir həftə sonra antikor səviyyəsi yaxşılaşır, iki həftə sonra isə artıq istədiyimiz nəticəni əldə edirik. Bu da ilk dozadan 6 həftə sonraya təsadüf edir. Peyvənd olunan insanlar karantin qaydalarına əməl etməyə, əvvəlki kimi maska taxmağa, sosial məsafəni gözləməyə davam etməlidir. Cəmiyyətdə peyvənd və immunitet səviyyəsi artana qədər tədbirli olmalıyıq".

Həkim qeyd edib ki, ölkələr vaksinasiyaya başlasa da, sözügedən virus bütün dünyada yayıldığıdan təhlükənin nə zaman ötüşəcəyi barədə dəqiq bir fikir bildirmək mümkün deyil:

"Bunu əvvəlcədən söyləmək tezdir, amma onu deyə bilərəm ki, vaksinasiya nə qədər sürətlə aparılsa, normal həyata qayıtmaq şansımız bir o qədər çoxdur. Növbəti qış aylarında infeksiya yenidən baş qaldıracaq, amma biz artıq onunla necə mübarizə aparacağımızı bilirik. Cəmiyyət tədbirlərə alışıb. Bunların təsiri ilə vəziyyəti idarə edə biləcəyik. Unutmamalıyıq ki, ehtiyatsız davransaq, vaxtından əvvəl rahatlaşsaq, yoluxma sayı sürətlə yenidən artacaq".

Paylaş

Əgər məlumatı bəyəndinizsə bu məlumat ilə paylaşa bilərsiniz.

Xüsusi məlumat

Aid olduğu ölkə

Türkiyə, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 278
Baxılıb: 27
Əlavə edilib:
Redaktə edilib: 08-02-2021
Bitmə tarixi: 08-02-2022
Kateqoriyalar: Tibb və Sağlamlıq