Şimali Koreya Tokyo Olimpiyadalarında iştirak etməyəcək

XəbərlərBəyənilmişlərə əlavə edin
İstifadəçi

Şimali Koreya Tokyo Olimpiyadalarında iştirak etməyəcək

Şimali Koreya Tokyo Olimpiyadalarında iştirak etməyəcək 

 

Şimali Koreya idmançılarını Covid-19-dan qorumaq məqsədilə bu il Tokyo Olimpiadasında iştirak etməyəcəyini açıqladı.

Bu qərar Cənubi Koreyanın dayandırılmış sərhədyanı danışıqlar fonunda Olimpiadadan istifadə edərək Şimal ilə əlaqə qurmaq ümidlərinə son qoyur.

 

2018-ci ildə hər iki tərəf sonrasında bir sıra tarixi görüşlərə yol açan Qış Olimpiya Oyunlarında ortaq komandayla daxil olmuşdu. 

Pxenyan virusa yoluxma halının olmadığını desə də, mütəxəssislər bunun mümkün olmadığını söyləyirlər.

 

BBC-nin Tokio müxbiri Rupert Wingfield-Hayes xəbər verir ki, ölkənin səhiyyə sisteminin Covid pandemiyası ilə mübarizə üçün tamamilə yetərsiz olduğu düşünülür. 

Bu elan Şimali Koreyanı pandemiya səbəbi ilə təxirə salınmış 2020 Oyunlarını buraxan ilk böyük ölkə halına gətirdi. Qeyd edək ki, tədbir iyulun 23-də başlayacaq.

 

 Bu, Şimali Koreyanın Soyuq Müharibə dövründə Seul Oyunlarını boykot etdiyi 1988-ci ildən bəri ilk dəfə Yay Olimpiya Oyunlarını buraxması olacaq.

Xəbərlər:

Xüsusi məlumat

Xəbər ünvanı (URL) www.bbc.com/news/world-asia-56645611

Aid olduğu ölkə

Yaponiya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 1708
Baxılıb: 31
Əlavə edilib:
Redaktə edilib: 07-04-2021
Bitmə tarixi: 07-04-2022
Kateqoriyalar: İdman