Yaşıl çay erkən ölüm riskini azaldır

MəqalələrBəyənilmişlərə əlavə edin
İstifadəçi

Yaşıl çay erkən ölüm riskini azaldır

Yaponiyalı kardioloqlar çoxlu yaşıl çay içməyin insult və infarkt keçirən insanlarda erkən ölüm ehtimalını əhəmiyyətli dərəcədə azalda biləcəyini sübut ediblər.

“Report” xəbər verir ki, Yaponiyada iyirmi il ərzində 46 mindən çox insanın sağlamlığının monitorinqinə əsaslanan araşdırma “Stroke” jurnalındakı məqalədə dərc edilib.

“Müşahidələrimiz göstərib ki, həftə ərzində bir-altı fincan yaşıl çay içmək insult və infarkt keçirən şəxslərin ölüm riskini 27 faiz, yeddi və ya daha çox fincan içmək isə bu riski 60 faiz azaldır. Bunu bilmək vacibdir - Yaponiyada yaşıl çay ümumiyyətlə əlavəsiz istehlak edilir, yaponlar qəhvəyə süd və şəkər əlavə edirlər”-deyə, Osaka Universitetinin professoru Hiroyasu İso bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 15 milyon insan infarkt və insult keçirir. Onların beş milyonu əlil olur, daha beş milyonu isə vəfat edir.

Xüsusi məlumat

Aid olduğu ölkə

Yaponiya, Digər ölkələr

Məlumatlar

Məlumat ID-si: 233
Baxılıb: 82
Əlavə edilib:
Redaktə edilib: 06-02-2021
Bitmə tarixi: 06-02-2022
Kateqoriyalar: Tibb və Sağlamlıq